Davutoglu yeni partiya yaradır

Davutoglu yeni partiya yaradır

Türkiyənin keçmiş Baş naziri Əhməd Davudoğlu  yeni siyasi partiyanın əsasını qoyub. O, dekabrın 13-də Ankarada elan edib ki, Gelecek Partisini (Gələcəyin Partiyası) yaradır.
 
Bununla da o, Prezident Recep Tayyip Erdogan-ın getdikcə parçalanan Ədalət və İnkişaf Partiyasına (AKP) meydan oxuya bilər.
 
“Bu gün biz partiyamızı quraraq deyirik ki, gələcək xalqımıza, Türkiyəyə məxsusdur”, – Davudoğlu  deyib.
 
60 yaşlı Davudoğlu  AKP-dən sentyabrda istefa verib. Onun istefası həm prezidentə, həm də AKP-yə bir zərbə sayılırdı.
 
Davutoglu 2009-2014-cü illərdə xarici işlər naziri, 2016-cı ilədək baş nazir vəzifəsində çalışıb. Erdogan 2014-cü ildə onun AKP lideri elan etdi və onun liderliyi ilə partiya 2015-ci ildə parlament seçkisində qələbəyə qazandı.
 
2016-cı ildə Erdogan-la fikir ayrılığı yarandı və baş nazirlikdə getməli oldu.
 
2017-ci il referendumu Erdogan-ın səlahiyyətini dərinləşdirdi. Prezidentin opponentləri ölkədə “tək adamın idarəçiliyi”nin bərqərar olduğunu deyirlər.
 
Davutoglu söz və din azadlığının təminatı, yeni idarəçilik sisteminin tətbiqi, ədliyyə islahatları, Türkiyənin böhran içində olan iqtisadiyyatını möhkəmləndirmək vədləri verib.
 
“Dünyanın avtoritarizm və populizmə yönləndiyi bir zəmanədə biz vicdanlı adamların başlarını dik tutaraq öz azad iradələri ilə yaşadıqları bir ölkə qurmalıyıq”, – Davudoğlu  deyib. /azadliq.org
 

Google+ WhatsApp ok.ru