Dayanıqlı olmayan arxayınçılıq

Dayanıqlı olmayan arxayınçılıq

-- neftin barelinin 80 dollar olması xammaldan asılı olan ölkələrin iqtisadiyyatı üçün riskdir

"Novoye Vremya" qəzetində isə "düşüncə tamahkarlığı üstələməlidir" sərlövhəli məqalə diqqəti cəlb edir.
 
Müəllif neftin dünya bazarında hazırda nisbətən baha qiymətə malik olmasını və bunun gözlənilməz nəticələrini araşdırır.
 
Rusiya rəsmilərinə istinad edən müəllif deyir ki, hazırda neftin barelinin 80 dollar olması bazar üçün yüksək qiymətdir və bunu bu xammaldan asılı olan ölkələrin iqtisadiyyatı üçün risk adlandırır.
 
Müəllif vurğulayır ki, Azərbaycan da indiki neft konyukturasını nəzərə alaraq dövlət büdcəsinə baxmağa hazırlaşır: "Buna təəccüb etməyinə dəyməz. Azərbaycan iqtisadiyyatı "qara qızıl"ın tarifləri hesabına inkişaf etməkdə davam edir və "Moodyus" bunu təsdiqləyib. Azərbaycan əvvəlki kimi neft ixracından güclü şəkildə asılıdır. Ölkədə iqtisadiyyatın diversifikasiyası üzrə müxtəlif tədbirlər görülməsinə baxmayaraq neft-qaz sektoru iqtisadiyyatda, xüsusilə ixracda yüksək paya malikdir".
 
Müəllif vurğulayır ki, "Cənub" qaz dəhlizinin istismara verilməyə və 2020-ci ilə kimi ötürücülük gücünün artırılmağa hazırlanması ilə Azərbaycan hazırda neft ixracından əldə etdiyi gəlirin yarısı qədər gəliri qaz satışından əldə edəcək.
 
Müəllif vurğulayır ki, "Moodyus"un bu yaxınlarda Bakıda keçirilən konfransında da neft qiymətlərinin ölkə iqtisadiyyatına təsirləri barədə danışılıb.
 
"Ölkənin qeyri-neft sektorunun inkişafının yerində saymasını qəbul etmək ağrılıdır, ixracın 90%-i neft və qaz xammalından ibarətdir, Aydın olan budur ki, neftin qiymətinin düşməsindən nəticə çıxarılmayıb. Deməli, digər reytinq agentlikləri əbəs yerə demirdilər ki, məhz neftin qiymətinin artması ilə valyuta ehtiyatları çoxalıb, Mərkəzi Bank da maliyyə müdaxiləsilə manatın məzənnəsini inzibati qaydada saxlaya bilib".
 
Müəllif iddia edir ki, Nazirlər Kabineti də ölkə iqtisadiyyatının inkişafında neftin qiyməti amilini əsas götürür. Bu isə neft-qaz sektorundan yüksək asılılığın göstəricisidir.
 
Neftin indiki nisbətən yüksək qiymətə malik olmasından irəli gələrək dövlət büdcəsində ona yenidən baxılmaq istənilməsini müəllif ölkə hökumətinin köhnə iqtisadi kursu davam etdirməsi anlamına gəlməsi adlandırır.
 
Müəllif deyir ki, dövlət büdcəsində neft 45 dollar səviyyəsində götürülüb, bu parametrləri yaxın bir ildə dəyişmək olmaz, neftdən gələn gəlirləri isə qeyri-neft sektorunun inkişafına yönəltmək lazımdır.
 
Müəllif deyir ki, indiki halda öz mənfəətini güdmək ölkə iqtisadiyyatının gələcəyinə zərbə olar, odur ki, neftin qiymətinə münasibətdə düşüncə tamahkarlığı üstələməlidir və iqtisadiyyatı bundan da artıq neftdən asılı etmək olmaz, çünki indiki qiymətlərin nə qədər davam edəcəyi bəlli deyil. (contact.az)
 

Google+ WhatsApp ok.ru