Dağıstanda atışma: deputatı öldürdülər

Dağıstanda atışma: deputatı öldürdülər

-- 6 yaralı var

Dağıstanın Məhərrəmkənd rayonunda baş vermiş atışmada 2 nəfər ölüb, 6 nəfər  yaralanıb.
 
Silahlı münaqişə sərhəd zonasında baş verib. Atəş açanlar hadisə yerindən qaçıblar.
 
Münaqişədə  yüksək vəzifəli şəxslərin övladları iştirak edib. Onların adlar hələlik açıqlanmır.
 
Atəş zamanı həlak olanlardan birinin rayon məclisinin deputatı olduğu deyilir. Bu haqda rayon rəhbəri bildirib.(faktxeber) 
 

Google+ WhatsApp ok.ru