Daşkəsəndə güclü külək bəzi evlərin dam örtüyünü uçurub - FOTO

Daşkəsəndə güclü külək bəzi evlərin dam örtüyünü uçurub - FOTO

Daşkəsəndə güclü külək nəticəsində evlərin dam örtüyünə, elektrik və rabitə xətlərinə ziyan dəyib.

Rayon İcra Hakimiyyəti aparatından verilən məlumata görə, ötən gün saat 20:00 radələrindən başlayaraq rayon ərazisində yağışla müşayiət olunan güclü külək nəticəsində 10-dan artıq yaşayış və sosial-inzibati binanın dam örtüklərinə ziyan dəyib. Bundan başqa, Daşkəsən şəhərində və rayonun Xoşbulaq, Yuxarı Daşkəsən və digər yaşayış məntəqələrində 50-yə yaxın elektrik dirəyi yıxılıb, naqillər qırılaraq yararsız hala düşüb. Rabitə xətlərinə də ziyan dəyib. Üzərinə ağac düşən bir avtomobil zədələnib.

Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, aidiyyəti qurumlar fəsadların aradan qaldırılması istiqamətində iş aparırlar. (apa) /

daskesende guclu kulek bezi evlerin dam ortuyunu ucurub fotosessiya

Google+ WhatsApp ok.ru