İŞİD Danyal Peyğəmbərin Mosuldakı məqbərəsini dağıdıb

İraqın Təhlükəsizlik Qüvvələrindən mənbə bildirib ki, İŞİD terror qruplaşmasının üzvləri Mosul şəhərinin qərbində yerləşən Danyal Peyğəmbərin məqbərəsini partladaraq dağıdıblar.

Maide.az-ın Nahrain xəbər saytına istinadən məlumatına görə,  o deyib ki, terrorçular Danyal  Peyğəmbərin məqbərəsini ötən axşam tamamilə dağıdıblar.

Məlumata əsasən, İŞİD terrorçuları həmçinin İmamzadə Yəhya Əbul-Qasimin də məqbərəsini dağıdıblar.

İraq ordusunun Yəqubiyyə bölgəsinə hücumları nəticəsində İŞİD terrorçulardan 50 nəfər öldürülüb. İraq ordusu hava hücumları ilə yanaşı həmçinin yer üstü əməliyyatlara başlayıb.

Bundan başqa İŞİD terrorçu qruplaşmasının başçısı Əbubəkr Bağdadinin qardaşı oğlu Əbu Ədnan da Tikritin cənubunda öldürülüb.  /

 .

Google+ WhatsApp ok.ru