İŞİD Davud Peyğəmbərin (ə) türbəsini dağıdıb

İŞİD terror qruplaşması Hələb şəhərinin şimalında yerləşən və iyulun 14-də ələ keçirdiyi türkmən kəndi Toybukda həzrəti Davud peyğəmbərin türbəsini buldozerlərlə dağıdıb.

Maide.az-ın məlumatına görə, bu barədə “Al Jazeera” xəbər yayıb.Terrorçular türbəni partlayıcı qurğu ilə partlatdıqdan sonra buldozerlə söküblər.

Qruplaşma üzvləri türbə ətrafında yerləşən və ziyarətçilərin namaz qıldıqları məscidi də dinamitlə partladaraq, məhv ediblər. Həzrət Davud (ə.) adına inşa edilmiş türbənin tikildiyi tarix məlum deyil. 

Qeyd edək ki, İŞİD xəvaricləri istər şiə, istərsə də digər məzhəblərə aid türbə və məscidlərin dağıdılmasını həyata keçirməkdədi

Google+ WhatsApp ok.ru