İddia: ‘General Hafter Səud rejiminin on milyon dollar vədinə görə Tripoliyə hücum edib’

İddia: ‘General Hafter Səud rejiminin on milyon dollar vədinə görə Tripoliyə hücum edib’

Liviya Milli Ordusunun rəhbəri general Xəlifə Hafterin Tripoliyə hücumu üçün Səudiyyə rejimindən maliyyə dəstəyi alacağı haqqında vədə aldığı iddia olunub.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Wall Street Journal (WSJ) qəzeti Liviyada BMT tərəfindən tanınan Milli Barışıq Hökumətinin nəzarətindəki Tripoli şəhərinə hücuma başlayan general Xəlifə Hafterin Səudiyyə rejimindən on milyonlarla dollarlıq yardım sözü aldığını yazıb.
 
WSJ-nin Səudiyyə rejimində mötəbər müşavirlərə əsaslandırdığı iddiasına görə, Səudiyyə rejimi Hafterə Tripoliyə başladılacaq hücumu maliyyələşdirməyə söz verib.
 
İddiaya görə, 4 apreldə ölkənin paytaxtı Tripoliyə qarşı hərbi əməliyyata başlamazdan əvvəl Hafter, xarici rəsmilərlə bir sıra görüşlər keçirib.
 
Qəzet sözügedən təklifin səudiyyəlilərlə keçirilən bir toplantıda verildiyini yazıb. General Hafterin Səudiyyə rejimi və Misir tərəfindən dəstəkləndiyi məlumdur.
 

Google+ WhatsApp ok.ru