İŞİD dini ədəbiyyatdan sui-istifadə edərək öz cinayətlərinə bəraət qazandırır

Misirin “Dar əl-Fətva” Mərkəzi nəzdində Təkfirçi fətvaları Monitorinq Mərkəzi bildirib ki, İŞİD terror-təkfirçi qruplaşması dini ədəbiyyatdan sui-istifadə edərək öz vəhşi cinayətlərinə bəraət qazandırmağa çalışır.
 
Maide.az xəbər verir ki, Misirin “Dar əl-Fətva” təşkilatı nəzdində Təkfirçi fətvaları Monitorinq Mərkəzi yaydığı bəyanatda qeyd edib ki,  Təkfirçi və radikal qruplaşmaların yaranması İslam düşmənlərinə imkan verir ki müsəlmanlara qarşı təzyiqlər etsinlər.
 
Bəyanatda deyilir: İŞİD-in törətdiyi əməllər və cinayətlər İslam düşmənlərinə fürsət yaradıb ki müsəlmanları və İslam dinini təhqir etsinlər və düşmənlər İŞİD-in İslam adına törətdiyi cinayətlərdən sui-istifadə edərək müsəlmanlar və İslam haqqında yalan və böhtan yaymaqla məşğuldurlar.
 
İslamın bədxahları və düşmənləri sosial şəbəkələrdə təkfirçi və radikal qruplaşmalara məxsus səhifələrdən sui-istifadə etməklə İslam adı ilə zorakılıq ideologiyasını yaymaq üçün çalışırlar. /

Google+ WhatsApp ok.ru