İdeallarla tanışlıq - Həbib İbn Məzahir

İdeallarla tanışlıq - Həbib İbn Məzahir

Dini ömür tarixçəsi, İslama xidmət və İslam Peyğəmbərinin (s) hüzurunda olmaq iftixarı Həbib ibn Məzahirə məxsusdur. Həbib iftixar sahibi olan «Bəni Əsəd» tayfasının görkəmli şəxsiyyətlərindən-dir. O, İslam Peyğəmbərinin (s) be¢sətindən bir il əvvəl dünyaya gəldi. İslam Peyğəmbəri (s) Məkkədə insanları tövhid dininə də¢vət edərkən Həbib öz uşaqlıq dövrünü yaşayırdı. Amma o öz gəncliyini Mədinədə İslam Peyğəmbə-rinin (s) hakimiyyəti zamanında din yolunda cihad və fədakarlığa sərf etdi.

Şübhəsiz ki, həzrət Peyğəmbərlə (s) görüşmək Allahın böyük bir lütfüdür. Həbib ibn Məzahir həzrətlə (s) görüş sayəsində elə əvvəlcədən dini maariflə, ilahi hikmətlərlə, İslamın əbədi tə¢limləri ilə tanış ola bildi. Həbib Peyğəmbərin (s) səhabələrindən sayılırdı. Onun dilindən bir sıra hədislər nəql olunmuşdur. Həbibin Peyğəmbər (s) səhabəsi olması onun məqamını bir xeyli ucaltmışdır. Bu insanın yetmiş beş yaşında ikən Kərbəla qiyamında iştirak etməsi, əlinə silah alaraq Hüseyn ibn Əlini (ə) müdafiə etməsi mə¢nəviyyat dolu səhnələrindəndir. Belə bir mə¢nəviyyatla yalnız haqpərəst mö¢minlərin nurani cəbhələrində rastlaşmaq olar.

Google+ WhatsApp