İdeal təzyiqə saib olmaq üçün 7 ADDIM

İdeal təzyiqə saib olmaq üçün 7 ADDIM

Kardioloqlar 40 yaşdan sonra həftədə 1 dəfə olmaqla arterial təzyiqini ölçməyi tövsiyə edir.
 
Maide.İnfo saglamolun.az-a istinadən xəbər verir ki. məsələ burasındadır ki, ən hiyləgər xəstəliklərdən biri olan hipertoniya simptomsuz inkişaf edir və xəstəliyin ilkin mərhələlərində insan heç bir narahatçılıq, ağrı və s. hiss etmir. Simptomlar meydana çıxdıqda isə bir çox orqanlarlar artıq zədələnmiş olur.
 
Sizə istənilən yaşda ideal təzyiqə sahib olmaq üçün 7 addım təqdim edirik.
1. Meyvə və tərəvəzlərin tərkibində olan qidalı liflər damarlarımızın təmizliyini və elastikliyini qoruyur. Alimlər hər gün 5 porsiya meyvə-tərəvəz yeməyi tövsiyə edirlər (3 porsiya tərəvəz + 2 porsiya meyvə). 1 porsiya dedikdə, məsələn 1 boşqab tərəvəz salatı və ya 1 banan, 1 alma, 1 ovuc giləmeyvə nəzərdə tutulur.
 
2. Hər gün C vitamini ilə zəngin olan məhsuları (sitrus meyvələri, bibər, qara qarağat və s.) yemək lazımdır. C vitamini damarları tonusda saxlayır, onların cavanlığını qoruyur.
 
3. Kaliumun miqdarını artırın, natriumun miqdarını azaldın. Kalium ürək-damar sisteminin normal fəaliyyəti üçün ən vacib mineraldır. Kaliumla zəngin olan məhsullar - pomidor, kartof, banan, ərik, ərik qurusu, kişmiş və s.
Natriumun (əsasən duzla əldə edilir) orqanizmdə toplanması təzyiqin qalxmasına, ürəyin fəaliyyətinin pozulmasına, aritmiyalara səbəb olur. Sağlam insan gündə 5 qr-dan artıq duz istehlak etməməlidir. Hipertoniya xəstəliyi olan insanlarda duzun norması 2 dəfə azdır.
 
4. Amerika alimləri aşkar ediblər ki, yulaf yarmasının (gerkules) istehlakı arterial təzyiqin tənzimlənməsinə kömək edir. Hər gün 1 kəsa yulaf yarması sıyığını yeyin.
 
5. Balığın istehlakını artırın. Omeqa-3 və Omeqa-6 əvəzolunmaz yağlı turşularla zəngin olan balıq damarların sağlamlığını qoruyur, arterial təzyiqin tənzimlənməsinə kömək edir.
 
6. Hər gün kalsiumla zəngin olan məhsulları istehlak edin. Kalsium damarların divarlarını möhkəmləndirir.
 
7. Hər gün ən azı 30 dəqiqə ərzində orta templə açıq havada gəzin. Bu ürək-damar sistemini məşq etdirir, onu tonusda saxlayır. /

Google+ WhatsApp ok.ru