Dehli müsəlmanları baş nazirin istefasını tələb etdi

Dehli müsəlmanları baş nazirin istefasını tələb etdi

Hindistanın Dehli şəhəri Came məscidində Cümə namazı qılan müsəlmanlar namazdan sonra bu ölkənin baş naziri Narindra Mudinin əleyhinə etiraz aksiyası keçirib.

Maide.Az İQNA-a istinadla xəbər verir ki, etiraz yürüşündə iştirak edənlər Narindra Mudinin müsəlmanlara qarşı siyasətlərini xüsusilə yrni vətəndaşlıq qanunu ilə bağlı siyasətlərini pisləyib, onun istefasını tələb edib.

Qeyd edək ki, Hindistanda yeni vətəndaşlıq qanununa etiraz aksiyalarında indiyədək doqquz nəfər həyatını itirib. Etiraz aksiyaları genişlənən şəhərlərdə internet kəsilib. Bəzi şəhərlərdə isə komendant saatı tətbiq edilib.

Hindistanda federal parlamentinin mübahisəli vətəndaşlıq qanunları qonşu ölkələrdən gələn 6 fərqli dini qrupa vətəndaşlıq üçün yol açdığı halda, eyni mövqedə olan müsəlman mühacirlərini vətəndaşlıqdan məhrum edir.

Qəbul edilmiş qanun Hindistan müsəlmanlarının narazılıqlarına səbəb olub. Aksiyaların təşkilatçılarının fikrinə görə, bu qanun yerli əhalinin maraqlarına zidddir.

Dekabrın18-i Hindistanın Ali Məhkəməsi ölkədəki iğtişaşlara baxmayaraq, qanunun ləğvinə dair müraciəti rədd edib.

Qeyd edək ki, Hindistan vətəndaşlığının verilməsi qanununa edilən dəyişikliklərə qarşı keçirilən etiraz aksiyaları zamanı onlarla müsəlman polisin açdığı atəş və güc tətbiqi nəticəsində yaralanıb, minlərlə müsəlman saxlanılıb.

Google+ WhatsApp ok.ru