Dekabrın ilk gününün hava proqnozu açıqlanıb

Dekabrın ilk gününün hava proqnozu açıqlanıb

-- hava əsasən yağmursuz keçəcək

Dekabrın 1-də Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.
 
Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Şimal-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək.
 
Nisbi rütubət gecə 75-85 %, gündüz 50-55 % olacaq.
 
Azərbaycanın rayonlarında dekabrın 1-də hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
 
Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5°şaxta, gündüz 3-8° isti olacağı gözlənilir. 

 

Google+ WhatsApp ok.ru