Demiryolunda gedişhaqları 20 faiz bahalaşır - iyulun 15-dən

Demiryolunda gedişhaqları 20 faiz bahalaşır - iyulun 15-dən

“Ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalı tətbiq ediləcək”.
 
Maide.Az "Apa"-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.
 
“Sərnişinlərə göstərilən xidmət səviyyəsini yaxşılaşdırmaq, çevik tarif tənzimlənməsini təmin etmək məqsədi ilə, gediş haqlarının tənzimlənməsi üçün 15 iyul tarixindən etibarən ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalı tətbiq ediləcək”, - deyə S.Qədirova vurğulayıb.
 
Qeyd edək ki, ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalının tətbiqi qiymətlərin 20% artırılması deməkdir.
 
Xatırladaq ki, dəmiryollarında gedişhaqlarının artımı sonuncu dəfə bu ilin martında qeydə alınmışdı, bundan əvvəl isə dəmiryolunda gedişhaqqı 2011-ci ilin fevralında artırılmışdı.
 
Bakı-Sumqayıt-Bakı marşrutunda gediş haqları 10 qəpikdən 40 qəpiyə kimi artırılmışdı.
 

Google+ WhatsApp ok.ru