Demokratik Konqoda qorxulan baş verdi: 41 ölü

Demokratik Konqoda qorxulan baş verdi: 41 ölü

Demokratik Konqo Cümhuriyyətinin Şimali Kivu şəhərində, ebola virusuna yoluxan 41 nəfər həyatını itirdi. 
 
Maide.Az xəbər verir ki, Dünya Səhiyyə Təşkilatı, ölkədə baş verən qarşıdurma və hücumların, virusla mübarizə aparmağa mane olduğunu bildirir.
 
Mütəxəssislər ebola virusuna qarşı təcili tədbir görülməsi  barədə xəbərdarlıq edir. Lakin döyüşlər davam etdiyi üçün vəziyyətə müdaxilə edə bilməyən səhiyyə işçiləri müharibə şəraitinin  virusun yayılması üçün yetərli olduğunu bildirirlər.
 
Ötən həftələrdə Dünya Səhiyyə Təşkilatı, Şimali Kivuda ebola təhlükəsi barədə xəbərdarlıq etmişdi. Bu bölgədə yayılan ebola virusunun digər viruslardan fərqli olduğu da qeyd edilir.
 
Qeyd edək ki, Afrikada 2014-cü ildən bəri müşahidə edilən virus 10 mindən çox insanın ölümünə səbəb olub.
 

 

Google+ WhatsApp ok.ru