Demokratik Təşəbbüslər İnstitutu: seçici fəallığı 20%-dən bir az çox olub

23 dekabr bələdiyyə seçkilərini müşahidə etmiş Demokratik Təşəbbüslər İnstitutundan bildirilib ki, seçici fəallığı Mərkəzi Seçki Komissiyasının rəsmi rəqəmləri ilə üst-üstə düşmür. Qurum 15 seçki dairəsi üzrə müşahidələrə əsaslanaraq seçici fəallığının belə olduğunu bəyan edib:
 
9 saylı Binəqədi birinci: 18.52%
 
16 saylı Yasamal ikinci: 21.79%
 
19 saylı Nərimanov birinci: 6.66%
 
33 saylı Xətai birinci: 15.31%
 
40 saylı Kəpəz ikinci: 23.98%
 
41 saylı Sumqayıt birinci: 21%
 
44 saylı Sumqayıt-Xızı: 20.74%
 
56 saylı Xaçmaz kənd: 26.40%
 
69 saylı Cəlilabad-Masallı-Biləsuvar: 18.11%
 
81 saylı Beyləqan: 28.17%
 
89 saylı Göyçay-Ağdaş: 23.30%
 
95 saylı Tərtər: 21.01%
 
107 saylı Qazax: 19.64%
 
112 saylı Qax : 20.60%
 
113 saylı Şəki şəhər: 15.45%
 
Orta göstərici: 20.05%.

Google+ WhatsApp ok.ru