Demokrat nümayəndələr ABŞ Konqresindən hicabı qadağan edən qanunun ləğvini tələb edib 20 Noyabr 2018 13:28 Dünya ABŞ-da Konqresə keçirilən aralıq seçkilərdə Nümayəndələr palatasına yol tapan Somalidən olan İlhan Ömarin hicablı olmasına görə, Demokrat nümayəndələr Konqresdə baş örtüyünü qadağan edən qanunla bağlı tələb irəli sürüb. Maide.Az “AA”a istinadla xəbər verir ki, Demokrat nümayəndələr başı örtən şapka, baş örtüyü və şalı qadağan edən 181 illik qanunun ləğv edilməsini tələb ediblər. Bildirilib ki, Minnesota ştatlarından seçkilərə qatılan və qələbə qazanan İlhan Ömar hicablı olduğu üçün , bu qanuna görə məclisdəki iclaslarda iştirak edə və çıxış edə bilməz. Bunun üçün nümayəndələr qanunun ləğv edilməsini tələb edib. Demokrat nümayənədələr bu qadağanın dini azadlıq və dini ayinlərin yerinə yetirilməsi haqqında konistitusiyanın verdiyi hüquqlarla ziddiyyət təşkil etdiyini təkidlə vurğulayıblar və ləğvini tələb ediblər. İ.Ömər öz sosial media hesabında verdiyi açıqlamada qeyd edib ki, hicabı öz qərarı ilə taxır və bu hüququ ona ABŞ konistitusiyasının birinci maddəsi verir. “Bu qadağa, ləğv edilməsi üçün çalışacağım son qadağa olmayacaq”- deyə İ.Ömər qeyd edib. Teqlər : #Demokrat,#nümayəndələr,#ABŞ,#Konqresindən,#hicabı,#qadağan,#edən,#qanunun,#ləğvini,#tələb,#edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Putin: Dünyada vəziyyət pisləşir Kabildə Əziz Rəsulallahın (s) mövlud mərasimində intihar hücumu: 43 ölü, 83 yaralı var
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO