Deputat Azərbaycanda İslam bankçılığının tətbiqini istəyir

Bakıda artıq 4-cü aydır ki, bu tip konfranslar keçirilir, amma İslam maliyyəsi ilə bağlı Mərkəzi Bank tərəfindən həyata keçirilən işlərin şahidi olmuruq.
 
Maide.az xəbər verir ki, bu sözləri İslam maliyyəsi üzrə Bakıda keçirilən beynəlxalq konfransda deputat Vahid Əhmədov bildirib.
 
Bu sistemin ölkə üçün vacibliyindən danışan deputat bildirib ki, bu gün bu bank sisteminin  problemləri var:
 
“O cümlədən də cəmiyyət bu sistemi dərin anlamır deyə, onu ölkəmizdə tətbiq etmək çətindir. İslam bankçılığı sələmsiz sistemdir, buna görə bank sistemi təmiz işləməlidir”.
 
Bir müddət əvvəl Azərbaycanda İslam bankçılığı şərtləri ilə fəaliyyət göstərən İran bankından (Bank Melli İran - red.) danışan deputat bildirib ki, sonra həmin bankın əyrintilərə yol verdiyi məlum oldu:
 
“Buna görə də həmin bankın fəaliyyəti dayandırıldı. Bu sistemin ölkəmizdə tətbiqinin tərəfdarıyam”, - deyə deputat bildirdi.

Google+ WhatsApp ok.ru