Deputatlığa namizədlikdən kütləvi imtina nə ilə bağlıdır? - SORĞU

Məlum olduğu kimi seçkilərə artıq sayılı günlər qalır. Ölkədə müxalifətin seçkilərə münasibəti fərqlidir. Bəziləri seçkilərdən imtina etdiyi halda digər siyasi partiyalar seçkilərdə aktiv iştirak yolunu tutublar. Amma son günlər namizədlərin kütləvi şəkildə namizədliklərindən imtina etməsi müşahidə edilir. Artıq 200-dən yuxarı şəxs namizədliyini geri götürüb.
MSK-nın mətbuat katibi Şahin Əsədli Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, bu addım namizədlərin hüquqlarıdır: “Seçki məcəlləsinin tələbinə əsasən namizədlər səsvermə gününə 10 gün qalana qədər müraciət edib öz namizədliyini geri götürə bilər. Burada qeyri-adi heç bir məsələ yoxdur”.
MSK-nın üzvü, Demokratik Təşəbbüslər İnstitutunun sədri Akif Qurbanov Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, bu qədər namizədin bir gün ərzində namizədliyini geri götürməsi ciddi şübhələnməyə əsas yaradır: “Təbii ki, hər bir namizəd seçkilərdən 10 gün öncə öz namziədliyini geri götürə bilər. Bu seçki məcəlləsinin verdiyi hüquqlardır. Təbii ki, hər bir şəxs müxtəlif səbəblər üzündən namizədliyindən geri addım ata bilər. Amma biz prosesə baxanda bir az fərqli mənzərənin şahidi oluruq. Əsasən oktyabrın 16-da çox ciddi diqqət cəlb edən proses baş verdi. Belə ki, bir gün ərzində birdən-birə 250 nəfərə yaxın namizəd öz namizədliyini geri götürdü. Bu qədər namizədin bir gün ərzində namizədliyini geri götürməsi ciddi şübhələnməyə əsas yaradır. Yəni bu fərdi qaydada verilən qərar deyil, əksinə, təşkil olunmuş bir məsələdir. Yəni bu şəxslərin namizədliklərini verməkdə məqsədləri ondan ibarət idi ki, dairələrdə namizədlərin əksəriyyəti hakimiyyətin siyasətini dəstəkləyən şəxslər olsun. Həm də süni surətdə bir iştirakçılıq çoxluğunun formal görüntüsü yaransın. Bununla da hər kəs üçün rahat şəkildə namizədliyini irəli sürməyin mümkünlüyü nümayiş olunsun. Artıq efir vaxtı verilmədiyi və yarışmanın göstərilməyinə ehtiyac qalmadığına görə, bu şəxslərin namizəd kimi qalmasına heç bir hetiyac qalmayıb. Eyni zamanda seçkiyə 10 gün qalmış artıq bületenlər çapa veriləcək. Həmin nazmidələrin bülitenlərə qeyd olunmasına artıq ehtiyac yoxdur. Bu baxımdan o namizədlərə artıq geri çəkilmək zamanıdır əmri verildi. Bu qədər namizədin bir gün ərzində geri çəkilməyinin başqa izahı ola bilməz". /

Google+ WhatsApp ok.ru