Deputatların toxunulmazlığını ləğv edin - Ukrayna Ali Radası qarşısındakı mitinqçilər 19 Oktyabr 2017 01:00 Dünya Ukraynanın Ali Radasının qarşısına bir neçə siyasi partiya ictimai təşkilatlar tərəfindən "böyük siyasi islahatlara dəskət aksiyası" təşkil edilib. Təşkil olunmuş mitinqdə minədək ölkə vətəndaşı toplaşaraq ölkə deputatlarının toxunulmazlıqlarının ləğv edilməsini, korrupsiyaya qarşı məhkəmə yaradılmasını, eləcə də seçici qanunvericiliyinin dəyişdirilməsini tələb edirlər. Mitinq bir ay bundan öncə "Yeni qüvvələrin ruhu" təşkilatının lideri Mixail Saakaşvili tərəfindən elan edilib. Onlar tələb etdikləri qanunların qəbul edilməyənədək deputatları binadan buraxmayacaqlarını bildirirlər. Ali Radanın qarşısına həmçinin ölkənin təhlükəsizlik qüvvələri də cəlb edilib. Ölkənin prezidenti Pyotr Poroşenko aksiya barədə bildirib ki, dinc aksiyaların demokrayiyanın ən vacib elementlərindən biri olduğunu hesab edir və aksiyaya və onun iştirakçılarına hörmətlə yanaşır. "Bundan başqa, mənə çox vacibdir və mən bütün hüquq-mühafizə orqanlarından aksiyanın dinc xarakterli olmasının təmin olunmasını tələb edirəm. Heç bir vəchlə məsuliyyətsiz siyasətbazların faciəli hadisələr törətmələrinə yol vermək olmaz...", - deyə Poroşenko fikrini davam etdirib. 20 dəqiqədən sonra Ali Rada deputatların toxunulmazlıqları haqda qanun layihələrinin baxılmasına başlamalıdır. Parlament binasının qarşısında vəziyyət stabildir.(islaminsesi) Teqlər : #Deputatların toxunulmazlığını ləğv edin Ukrayna Ali Radası qarşısındakı mitinqçilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ağ ev qarşısında Trump əleyhinə etiraz aksiyası keçirilib-VIDEO Çin iqtisadiyyatı 3-cü rübdə 6.8 faiz artıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO