Deputat manatın məzənnəsindən danışdı: Ucuzlaşma davam edəcək

Manat onsuz gec-tez bazar qiymətinə almalıdır. Mən neçə ildir bunu deyirəm. Mantın məzənnəsini qoruyub saxlamaqla deyil ki? Azərbaycan Mərkəzi Bankının (AMB) 15 milyard dollar valyuta ehtiyatı var idi. Hazırda isə 5,5 milyard dollar qalıb. Bu ehtiyatlarda qurtardı? Sonra nə baş verəcək? Bunun başqa yolu yox idi.
 
Bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov Azərbaycan Mərkəzi Bankının son qərarını şərh edərkən deyib. 
 
Deputatın sözlərinə görə, manatın ucuzlaşması davam edəcək:
 
“Manatın dəyərdən düşməsi, ucuzlaşma gedəcək. Hazırda neftin qiymətləri 35-36 dollara düşüb. Bilirsiz ki, manatın məzənnəsi də dünya bazarında neftin qiymətindən birbaşa asılıdır. Bu halda biz manatı necə qoruyub saxlaya bilərik? Bu proses getməlidir. Başqa yolu yoxdur”, - deyə deputat deyib. 
 
Bundan sonra dollar nə qədər bahalaşa bilər sualına isə V.Əhmədov bu cür aydınlıq gətirib:
 
“Bundan sonra manatın məzənnəsi valyuta bazarında tələb təklif və s. əsasında formalaşacaq”.
 
Deputat onu da əlavə edib ki, Azərbaycan gec-tez üzən məzənnə siyasətinə keçməli idi:
“Azərbaycan gec-tez üzən məzənnə siyasətinə keçməli idi. Amma bunun şok tərəfi kimə lazım idi?”, - deyə deputat əlavə edib. (oxu.az)

Google+ WhatsApp ok.ru