Deputat Tarif Şurasının statusuna yenidən baxılmasını təklif edib

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında millət vəkili Zahid Oruc Tarif Şurasının statusu haqqında danışıb.
 
Z. Oruc bu yaxınlarda Tarif Şurasının benzinin qiyməti ilə bağlı çıxardığı anlaşılmaz qərarın ölkə başçısı tərəfindən ləğv olunduğunu xatırladaraq bildirib ki, bu strukturun fəaliyyətinə yenidən baxmaq lazımdır.
 
O qeyd edib ki, Tarif Şurasının tərkibi qanunla müəyyənləşməlidir: “Belə bir qurumun tərkibinin niyə müavinlər səviyyəsində formalaşması, yaxud hansı prinsiplərlə fəaliyyət göstərməsi məsələsinə baxılmalıdır. Hesab edirəm ki, qanunla Tarif Şurasının statusunu yenidən müəyyən etməliyik”.
 

Google+ WhatsApp ok.ru