Der Spiegel: Almaniya Səud rejimini Yəmənə qarşı silahlandırır

Der Spiegel: Almaniya Səud rejimini Yəmənə qarşı silahlandırır

Səud rejiminin işğalı nəticəsində Yəməndə yaranan humanitar böhran nəticəsində minlərlə insan həyatını itirib. Müharibədə ən böyük zərbə uşaqlara dəyib. Qərb isə bütün bunları sadəcə izləyir.
 
Maide.Az FaktXəbər-ə istinadən məlumat verir ki, bu barədə  Almaniyanın Der Spiegel qəzeti yazıb.
 
Dərgidə Səud rejiminin Alman silahları ilə Yəmənə hücum etdiyi vurğulanıb.
 
"Federal Polis Departamentinin hesabatına görə, Almaniya Yəmənə qarşı istifadə etməsi üçün Səud rejiminə 40 mindən artıq silah göndərib", - deyə həftəlik qəzetdə bildirilib.
 
Qeyd edək ki, BMT-nin hesabatına görə Yəmən müharibəsinə görə 2,2 milyon insan qaçqın düşüb, 10 mindən artıq dinc sakin isə həyatını itirib. Bu ancaq rəsmi məlumatdır. Qeyri-rəsmi statistikanın göstəriciləri daha dəhşətlidir. 
 
Bundan başqa müharibə nəticəsində ölkədə yaranan aclıq və susuzluqdan 21 milyon  yəmənli əziyyət çəkir. /

Google+ WhatsApp ok.ru