Devalvasiya gözləntisi...

Devalvasiya gözləntisi...

-- ikirəqəmli inflyasiya gözləntiləri var,

"Novoye Vremya" qəzetində "Əhali yeni devalvasiyadan ehtiyatlanır, hələlik buna əsas yoxdur" sərlövhəli məqalə diqqət cəlb edir.
 
Müəllif ölkədə devalvasiya gözləntilərini dəyərləndirir.
 
Yazı müəllifi manatın devalvasiyasından üç il keçdiyini, dollara nisbətdə məzənnənin sabitləşdiyini və bu sabiltiyin hələlik davam etdiyini bildirir.
 
Müəllif deyir ki, məzənnə sabitliyinə baxmayaraq, devalvasiya ilə bağlı ölkədə bəzən ajiotaj yaşanır və bu günlərdə əhali banklara gedərək xarici valyuta almaq istəyib, buna səbəb kimi yeni devalvasiyadan ehtiyatlanmalarını göstəriblər.
 
Müəllif əhalinin devalvasiya gözləntilərilə bağlı isə iqtisadçılara istinadən bildirir: "Bir çox iqtisadçılar belə hesab edirlər ki, narahatlığa əsas yoxdur. Manatın məzənnəsinə təsir edən amillər onun sabit səviyyədə qalmasını təmin edir. "Manat-dollar" məzənnəsi inzibati tədbirlər vasitəsilə qorunur, belə ki, ölkədə milli valyutanın "üzən məzənnə"si yoxdur. Bundan əlavə, neftin qiymətinin sabit qalması da manatın məzənnə sabitlyinə müsbət təsir göstərir".
 
Daha sonra isə müəllif manatın məzənnəsində dəyişiklik ola biləcəyi ehtimalını da istisna etmir və buna səbəb kimi ABŞ Federal Ehtiyat Sisteminin il ərzində dolların uçot səviyyəsinin iki dəfə qaldırlmasını nəzərdə tutmasını göstərir.
 
Müəllifə görə, dolların uçot səviyyəsinin qaldırılması dolayısı ilə neftin qiymətinə, neftin qiyməti isə manatın məzənnəsinə təsir edir: "Neftin qiyməti azacıq endiyi halda dollara nisbətdə manat 10-15% dəyər itirməklə dollar 1,80-1,85 səviyyəsinə qalxa bilər. Amma yenə də hər şey dünyanın "qara qızıl" trendindən asılıdır. Bununla belə, unutmaq olmaz ki, keçən il ilə müqayisədə manat avroya nisbətdə 20% dəyər itirib".
 
Müəllif vurğulayır ki, Mərkəzi Bankın (MB) valyuta müdaxiləsilə manat ancaq dollara nisbətdə sabit qalıb, neftin qiyməti endiyi halda isə dünyada iqtisadi durum dəyişəcək və MB bu vəziyyətə uyğun dəyişiklikləri etməli olacaq, bununla belə devalvasiya ehtimalı qalmaqda davam edir.
 
Müəllif ilk iki devlvasiyanın nəticələri barədə danışaraq deyir ki, bu zəruri məhsulların qiymətlərinin bahalaşmasına səbəb olub, baxmayaraq ki, hökumət məzənnəni inzibati yolla sabit saxlamaqda davam edir, amma gələcəyə baxışda nikbinlik yoxdur.
 
Müəllif isə perspektivə baxışda ekspertlərə istinadən deyir ki, məzənnəni inzibati yolla saxlamaq səmərəsiz olacaq, MB-nin elan etdiyi kimi birrəqəmli yox, ikirəqəmli inflyasiya gözləntiləri var, yalnız ciddi islahatlar mümkün sosial gərginliyi aradan qaldıra bilər.
 

Google+ WhatsApp ok.ru