Devalvasiya təhlükəsi qalır, ən azı ...

Devalvasiya təhlükəsi qalır, ən azı ...

"Novoye Vremya" qəzetində isə diqqəti "Elman Rüstəmov yenə manatın taleyi barədə danışdı" (http://www.novoye-vremya.com/w105880/.../#.WcFbtIx-rIU) sərlövhəli məqalə cəlb edir.
 
Müəllif deyir ki, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov sentyabrın 19-da manatın taleyi barədə danışıb və devalvasiya ilə bağlı sualların onu təəccübləndirdiyini bildirib.
 
Müəllif xatırladır ki, 2015-ci il dekabrın 21-də baş vermiş ikinci devalvasiyadan sonra hökumət və Mərkəzi Bank manatı "üzən məzənnə"yə keçiriblər, bu isə aydındır ki, devalvasiya kəskin qiymət artımına səbəb olursa, "üzən məzənnə" də inflyasiyanın artmasına əsas olur.
 
Müəllif hesab edir ki, bu iki amil bir yerdə olduqda inflyasiyanın sürəti artır, bu isə əhalinin rifah halını aşağı salır: "Amma E.Rüstəmovun haqqında danışdığı "üzən məzənnə" manatın sabitliyinə, birrəqəmli inflyasiya həddinə zəmanət vermir, əgər bununla manatın məzənnəsini sabit saxlamaq mümkünsə də, inflyasiya ilə bağlı məsələ mürəkkəb olaraq qalmaqdadır. Bütün məhsullar və xidmətlər üzrə qiymətlər artır, burada Mərkəzi Bankın istənilən planı ilə nəsə etmək mümkün deyil".
 
Müəllif deyir ki, Dövlət Neft Fondu kommersiya banklarına kifayət qədər dollar satsa da banklar əhaliyə heç də həmişə dollar satmırlar və valyuta çatışmazlığı səbəbindən sahibkarlar indiyə kimi də tam həcmdə ticari əməliyyatları həyata keçirə bilmir, ölkəyə mal idxal etməkdə çətinlik çəkirlər.
 
Bundan irəli gələrək müəllif deyir ki, ən azı yüksək inflyasiyanın qarşısı alınmayana qədər yeni devalvasiya təhlükəsi qalmaqdadır: "Manatın məzənnəsinin saxlanmasında Mərkəzi Bankın imkankarını çox da şişirtmək lazım deyil və burada təkcə optimizmlə keçinmək mümkün deyil. Burada hələ Dünya Bankının yaxın 3 ildə ölkədə iqtisadi artım olmayacağı ilə bağlı proqnozları hər hansı ümid yeri qoymur".
 
Müəllif deyir ki, Dünya Bankı mütəxəssislərinin baxışlarına görə, manatın məzənnəsinin sabitliyinə fokslanmaq lazım deyil, belə ki, manatın məzənnə sabitliyi uğurlu iqtisadi siyasətin göstəricisi sayıla bilməz və bu göstərici iqtisadi proses və şoklara adekvat reaksiya verməyi bacarmalıdır.
 
Müəllif hesab edir ki, maliyyə sabitliyi qısamüddətli effekt verə bilər, amma struktur, institusional islahatlar, büdcə islahatı lazımdır.
 
Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun bəyanatına gəlincə, müəllif deyir ki, o, həmişə nikbin danışsa da sonra manat çətinliklər yaşayıb.(contack.az)
 

Google+ WhatsApp ok.ru