Devalvasiya müzakirələri-buna ehtiyac varmı?

Devalvasiya müzakirələri-buna ehtiyac varmı?

“Müsavat.com”da  “Devalvasiya müzakirələri-buna ehtiyac varmı?” sərlövhəli məqalədə devalvasiya ehtimalları müairə edilir.

 
Müəllif deyir ki, dünya bazarında neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb, ABŞ-la Çin arasında münasibətlərin gərginləşməsi qiymətlərin düşməsinə səbəb olub.
 
Məqalə müəllifi əlavə edir ki, bunun nəticəsində də Brent markalı neft 25, 7 dollara, ABŞ-ın VVTİ nefti 18, 29 dollara satılıb, Azərbaycanın dünya bazarına çıxardığı “Azeri Light” markalı neftin qiyməti isə 23 dollar ətrafındadır.
 
Müəllif  analitik mərkəzlərə istinadən deyir ki, ABŞ-Çin arasında yeni ticarət müharibəsinin başlanmasının dünya neft bazarına öldürücü zərbə vuraraq  qiymətlərin uzun müddət 15-20 dollar arasında qalacağı ehtimal olunur.
 
Müəllifin deməsinə görə, Azərbaycan neftinin aşağı qiymətinin Dövlət Neft Fondunun gəlirlərinə təsiri apreldə özünü göstərməyə başlayıb.
 
İqtisadçı-ekspert Rövşən Ağayevin deməsinə görə,  Fondun aprel ayı üzrə gəlirləri cəmi 220 milyon dollar təşkil edib: “Belə ki, bu ilin ilk 3 ayında xam neft və qaz satışından Fonda 1 milyard 763 milyon dollar daxil olmuşdu. İndi isə aprel ayının nəticələri nəzərə alnmaqla açıqlanan rəqəmə görə, xam neft və qaz satışından Fondun daxilolması 1 milyard 983 milyon dollar olub”. 
 
R.Ağayevə görə, qiyməti daha uzunmüddətli müqavilələrlə tənizmlənən qazdan və "Şahdəniz" yatağı üzrə qaz kondensatından daxilolmalar nəzərə alınmasa sırf xam neftdən daxilolma yəqin ki, 100 milyon dollardan da azdır: “Bu isə yanvar-mart ayı üzrə yalnız xam neft satışından əldə olunan orta aylıq daxilolamadan az qala 5 dəfə az deməkdir”.
 
Belə bir şəraitdə hökumətin manatın məzənnəsini nə qədər saxlaya biləcəyi, nə zaman devalvasiyaya gedilməsinin mümkün olacağı ilə bağlı iqtisadçı-ekspert Samir Əliyev deyir ki, hökumətin hazırkı davranışları bu məsələlər barədə hansısa proqnozlaşdırmanı qeyri-mümkün hala gətirir: “Hökumətin davranışları anlaşılmazdır, iqtisadi qanunauyğunluqdan daha çox siyasi amillər üzərində qurulub. Buna görə də bazar iqtisadiyyatı münasibətlərinə əsaslanıb hansısa proqnoz versək, düzgün nəticə əldə edə bilməyəcəyik.
 
Ekspertə görə, indi neftin qiyməti martdan etibarən düşməyə başlayıb, ona görə də kəskin təsir hiss olunmur hələ ki. Amma bu vəziyyət davamlı olacaqsa, valyuta ehtiyatlarının əriməsi qaçılmaz olacaq.
 

Google+ WhatsApp ok.ru