DEVAMM: “Myanma cinayətlərini törədənlər beynəlxalq tribunal qarşısına çıxarılmalıdır”

DEVAMM: “Myanma cinayətlərini törədənlər beynəlxalq tribunal qarşısına çıxarılmalıdır”

Myanmada baş verən davamlı cinayətlərlə bağlı DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) bəyanat qəbul etmişdir.
 
Maide.az xəbər verir ki,  Mərkəzin sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir: “Myanmada dəhşətli olaylar baş verməkdədir. Uşaqlar, qadınlar, ahıllar qətlə yetirilir, onminlərlə insan dogma yurdundan didərgin salınır. Silahlı dəstələr qaçqın karvanlarına hücum edir, heç kəsə aman vermirlər.
 
DEVAMM olaraq, baş verənləri anti-bəşər bir cinayət hesab edirik. Bu qətlləri və hücumları törədənlər insanlıq əleyhinə cinayət törətmiş hesab edilməli və beynəlxalq tribunal qarşısına çıxarılmalıdır.
 
DEVAMM ona da vurğu edir ki, beynəlxalq birliyin, insan haqları üzrə qurumların baş verən dramatik hadisələrə reaksiyası qətiyyən adekvat deyil. Biz onlara müraciət edərək, cinayətləri pisləməyə, caniləri durdurmağa çağırırıq.
 
Eyni zamanda DEVAMM bəyan edir ki, Myanma cinayətləri – müsəlman ümmətinə qarşı törədilən məqsədyönlü və planlı təxribatın davamıdır. Bu dəfə niyyət – müsəlmanlarla Cənub-Şərqi Asiya dövlət və millətlərini üz-üzə qoymaq, yeni müharibə arealını alovlandırmaqdır.
 
Destruksiya və xaos memarları, Yaxın Şərqdən Uzaq Şərqədək bütün nəhəng əraziləri total qarşıdurma məkanına çevirmək, müsəlman dövlətlərini, digər alternativ güc mərkəzlərini tərəqqi və inkişafdan sapdıraraq, qırğın və təlatümlərə məruz qoymaq planlarını realizə etməyə çalışırlar.
 
Biz bütün dünyanın mütərəqqi qüvvələrinə müraciət edərək, dağıdıcılıq tendensiyalarını əngəlləməyə, kütləvi qırğın ssenarilərinin qarşısını almağa çağırırıq”.(deyerler.org)
 

Google+ WhatsApp ok.ru