DEVAMM: `Hesab edirik ki, son günlərdə ruhani və dindarlara qarşı sərgilənən davranış insan hüquqları və azadlıqlarının kobud şəkildə pozulmasıdır`

DEVAMM son günlər ölkədə müşahidə edilən islomofobik proseslərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
 
"DEVAMM olaraq son günlər ölkədə artan xətt üzrə gedən islamofobik prosesi şiddətlə qınayırıq. Hesab edirik ki, son günlərdə ruhani və dindarlara qarşı sərgilənən davranış insan hüquqları və azadlıqlarının kobud şəkildə pozulmasıdır.
 
Eyni zamanda, dini etiqad və vicdan azadlıqlarının məhdudlaşdırılması istiqamətində səslənən təşəbbüsləri də, birmənalı olaraq Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlarının məhdudlaşdırılması yönündə cəhdlər kimi dəyərləndiririk. Onsuz da mürəkkəb geopolitik şəraitdə yerləşən ölkəmizin vəziyyətini bu kimi süni gərginləşdirmələrlə pisləşdirməyi çox səhv hesab edir, demokratik potensialın daha da minimallaşdırılmasının qarşısını almağa çağırırıq". /
 

Google+ WhatsApp ok.ru