DGK xaricdən gətirilən meyvələrin qabığının soyulmasını məsləhət görür

Dövlət Gömrük Komitəsinin mətbuat xidməti ölkəyə gətirilən genetik  modifikasiya olunmuş məhsulalrla bağlı məlumat yayıb. Komitə bildirir ki,ölkəyə daxil olan bütün məhsullar xüsusi laborotoriyada ciddi yoxlamalardan keçdikdən sonra bazarlara daxil olur. Buna baxmayaraq “bəzi televiziya kanalları istehlakçıya  GMO məhsullar haqqında doğru informasiyadan daha çox “hay-küy” yaradan məlumatlar ötürülür. Bu məlumatların yayanlar üçün bazarlardakı meyvə-tərəvəzin ölçüsünün böyük olması və xarici görünüşü onların GMO məhsul olması anlamına gəlir. Meyvənin iriliyi onun sortu, parıltılı olması isə parafinlə örtülməsi ilə bağlıdır. Bu cür emal edilən meyvələr çürümür və xarici təsirə dayanıqlı olur.
 
DGK xaricdən gətirilən meyvələrin qabığının soyulmasını məsləhət görür
 
Komitə “dünyada yalnız 1 növ gavalının, 2 növ almanın və 2 növ papayanın GMO sortunun yaradılaraq reyestrə daxil edilidiyini bildirib.  Digər meyvələrin GMO sortları hələlik mövcud deyil”. 
 
Kənd təsərrüfatı məslələri üzrə ekspert Vahid Mərrəmovun “Turan”a verdiyi məlumata görə, “Azərbaycan yetkililərinin bu sahədən məlumatı yoxdur. Hazırda dünyanın inkişaf etmiş 28 ölkəsi  GMO məhsulların yaradılması sahəsində liderdir. Onlarda bu iş dövlət səviyyəsində planlaşdırırlmış və gələcəyə yönəlik siyasət kimi həyata keçirilir. Dünyada məlum olan  əksər meyvə və tərəvəzlərin GMO sortları mövcuddur. Bura dənli, texniki, paxlalı, soya  bitkilər, pambıq, tütün də daxildir. Hətta ABŞ-da geni dəyişdirilmiş heyvanlar, o cümlədən balıqlar da var”.
 
“GMO-suz Azərbaycan əslində geri qalmışlıqdır”
 
V.Məhərrəmov  bu sahəni “gələcəyin elmi” adlanırır və deyir ki, Azərbaycan cəmiyyətində GMO haqqında formalaşdırılan fikir yanlışdır. “Bundan da nüvə sənayesində olduğu kimi, həm xoş, həm də pis niyyətlə istifadə etmək olar.  Azərbaycanda isə elmin bu sahəsinə diqqət yetirilmir. GMO vasitəsilə əslində çox sağlam, xeyirli və faydalı sortlar yaradılır. Bu həm məhsuldarlığı artırmağa imkan verir, həm də insanların daha sağlam qidalanmasına şərait yaradır”.  Onun qənaətinə görə, Azərbaycan bazarına çıxarılan məhsulların GMO olub-olmamasını aydınlaşdırmaq ücün isə xüsusi texniki baza və alimlərdən ibarət kadr heyəti lazımdır. Ekspert “hazırda ölkədə bunların heç biri, o cümlədən elmin bu sahəsi də yox kimidir”

Google+ WhatsApp ok.ru