İŞİD həzrət Yunis peyğəmbərin məqbərəsini partlatdı (foto – video)

 

İŞİD terror qruplaşması İraqın Mosul şəhərində Yunis peyğəmbərin (ə) məscidini və onun içində yerləşən qəbrini partladaraq, yerlə-yeksan edib.

Maide.az-ın İranın İRİNN kanalına istinadən xəbər verir ki, İŞİD terror təşkilatı məqbərəni partlatmadan öncə əraziyə gedərək Mosul camaatını mühüm bir dini ayinin icrasına tamaşa edilməyə tələb edib. Məlumata görə, məqbərə partladıldıqdan sonra buldozerlər vasitəsilə yerlə yeksan edilib.

İŞİD terror qruplaşması bundan öncə İraq və Suriyada bir çox peyğəmbərlər və peyğəmbər səhabələrinin, övliya və alimlərin məqbərələrini, qədəmgahlarını və türbələrini dağıdıb./ 

 

Google+ WhatsApp ok.ru