Bəqərə, 50. Və (yadınıza salın) o zaman(ı) ki, dənizi sizin üçün yardıq, beləliklə, sizə nicat verdik və siz baxa-baxa fironçuları (suda) batıraraq boğduq.

İmam Riza (ə) buyurur:
“Allahın az ruzisinə razı olan kəsin Allah da az əməlinə razı olar.”



DIŞLƏR NECƏ YUYULMALIDIR?

-- Hədislərdə dişlərin yuyulma qaydası və təmizlik

Tarix : 13-03-2018 08:50

 
Peyğəmbər (s) bu haqda buyurur: «Dişlərinizi uzununa deyil, eninə fırçalayın».
 
Rəvayətlərdən birində deyilir: «Peyğəmbər (s) dişlərini hər gecə-gündüz üç dəfə uzununa deyil, eninə fırçalayardı. O, dişlərini adətən yatmazdan əvvəl, sonra və namaz qılmazdan əvvəl təmizləyərdi».
 
Peyğəmbər (s) buyurur: «Oruc tutan zaman dodaqları quruyan şəxslər səhər (azandan əvvəl) və axşam çağı dişlərini yusun.»
 
«Səhər çağı və dəstəmaz almazdan əvvəl dişləri yumaq ən gözəl adət-ən’ənələrdəndir».
 
Başqa bir hədisdə buyurur: «Fürsət olmadıqda belə, heç olmasa üç gündən bir dişlərinizi yumağa çalışın».
 
TÜKLƏRIN QISALDILIB SƏLIQƏYƏ SALINMASI
 
Saç və bığın qısaldılması, saqqalın dibindən qırxılmaması və başın daranması islamın tövsiyə etdiyi ədəb-ərkan qaydalarındandır.
 
Peyğəmbər (s) buyurur: «Bığ və burun tüklərini qısaldıb vaxtaşırı saçlarınızı darayın. Belə etməklə öz gözəlliyinizi qoruyub saxlamış olarsınız».
 
Imam Sadiq (ə) buyurur: «Burun tüklərini qısaltmaq üzün görünüşünə xüsusi gözəllik və yaraşıq verir».
 
«Bığ tüklərinizi uzatmayın, çünki Şeytan oranı özünə sığınacaq edir».
 
Imam Sadiq (ə) buyurur: «Bığlarını qısaltmayan kəs bizdən deyil».
 
Peyğəmbər (s) buyurur: «Bığlarınızı qısaldın, saqqalınızı uzadın və özünüzü yəhudilərə oxşatmayın».
 
Əli ibn Cə’fər deyir: Qardaşımdan (həzrət imam Musa Kazim (ə)) saqqalın qısaldılması haqda soruşduqda buyurdu: «Yanaqlardan saqqalın qısaldılmasının heç bir nöqsanı yoxdur. Lakin qarşıdan qısaldılmamalıdır».
 
Qeyd etmək lazımdır ki, saqqalın qısaldılıb və ya uzadılmasının da müəyyən həddi vardır. Imam Sadiq (ə) bu haqda buyurur: «Saqqalınızı əlinizə alın, ovucunuzdan çıxanını qısaldın».
 
Başqa bir hədisdə buyurur: «Saqqalın əlin içindən çıxanı cəhənnəm odunda olar». (Yə’ni, saqqal əlin içindən çıxacaq qədər böyük olmamalıdır».
 
Peyğəmbər (s) buyurur: «Gözəl tük Allahın insanlara bəxş etdiyi gözəl örtükdür, elə isə onun qədrini bilin».
 
Imam Cə’fər Sadiq (ə) buyurur: «Baş və üzün tükünü daramaq yoxsulluğu aradan aparır və bir çox xəstəliklərin qarşısını alır».
 
Peyğəmbərdən (s) nəql edərək buyurur: «Baş və üzün tükünü daramaq vəba xəstəliyinin qarşısını alır».
 
Imam Rza (ə) Ə’raf surəsinin 31-ci ayəsi (мəscidlərə getdiyiniz zaman zinət əşyalarınızı da özünüzlə götürün) haqda buyurur: «Zinət hesab olunan şeylərdən biri də namaz qılmazdan əvvəl daranmaqdır».
 
Imam Sadiq (ə) buyurur: «Peyğəmbərin (s) saçı qulaqlarının ucundan çox uzanmazdı» (@Islamheqiqetleri)
 
Ardı var...


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
03:24
05:11
12:43
20:32
23:50
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

25-06-2018 03:28