Diabeti olan xəstələrə yeni ümid

Diabeti olan xəstələrə yeni ümid

Orqanizmdə şəkərin hazırlanmasında rol oynayan bir hormonun təsirsiz hala gətirilməsi, şəkər xəstəliyinin əlamətlərinin ortadan qalxmasını təmin etdi.
 
Texnologiya xəbərləri, Texas Universitetindən elm adamları, siçanlar üzərində apardıqları tədqiqatda, mədəaltı vəzinin ifraz etdiyi qlükaqon hormonunun təsirini ortadan qaldırdı və insulin yoxluğunun 1-ci dərəcəli diabetə səbəb olmadığını müəyyən etdi.
 
Doktor Rocer Unqer və qrupu mövzu barəsində məlumat verib: "Hamımız insulinin çox güclü bir hormon olduğu və onsuz həyatın olmadığı fikrini bölüşürük, ancaq burada vəziyyət fərqli imiş".
 
Qlükaqon alıcıları və insulin istehsal edən hüceyrələrdən məhrum edilən genləri dəyişdirilmiş siçanların, 1-ci dərəcəli diabetə tutulmadığını bildirən Unqer, bu nəticələrin, orqanizmdə qlükaqon olmayanda, insulinə ehtiyac olmadığını göstərdiyini vurğulayıb.
 
Elm adamları, gələcəkdə, insanlardakı qlükaqonun təsirini də dayandıraraq insulin iynələrini azaltmağı hətta tamamilə aradan qaldırmağı ümid edir. (deyerler)

Google+ WhatsApp ok.ru