Diabet və ürək xəstələri bu məhsulu müntəzəm yeməlidir

Diabet və ürək xəstələri bu məhsulu müntəzəm yeməlidir

Mərci çox faydalı və qiymətli qida məhsuludur.
 
Mərci A, B qrupu, PP vitaminləri, Omeqa-3 və Omeqa-6 yağlı turşuları, bir çox əvəzolunmaz aminturşuları, kalium, kalsium, maqnezium, fosfor, sinr, mis və bir çox digər minerallarla zəngindir.  
 
Maide.Az "saglamolun.az"a istinadla xəbər verir ki, Quelf Universiteti (Kanada) alimləri mərcinin insan orqanizminə təsiri ilə bağlı xüsusi araşdırma aparıblar.
 
Alimlər belə nəticəyə gəliblər ki, mərcidən hazırlanmış yeməklər qanda xolesterinin səviyyəsini aşağı salır, arterial təzyiqi normada saxlamağa kömək edir. Alimlərin fikrinə görə, mərcinin müntəzəm istehlakı ürək-damar sistemini xəstəliklərindən qoruyur.
 

Google+ WhatsApp ok.ru