`İŞİD`i bizə İmam Əli (ə) 1400 il öncə tanıtdırıb – Misir müftisi

"İŞİD" terror təşkilatının xüsusiyyətləri dəqiqliklə İmam Əlinin kəlamlarında deyilib”. İnterAz-ın “əl-HədəsNews”a istinadla verdiyi xəbərə görə, bunu Misirin sabiq müftisi və əl-Əzhərin şeyxi Əli Cümə deyib.
 
O, Misirdə cümə xütbəsində İslam dünyasında yenicə peyda olan "İŞİD" terror təşkilatı haqda İmam Əlidən (ə) mühüm xəbərlərin bizə gəlib çatdığını deyib.
 
“İmam Əli ibni Əbi-Talibdən nəql edilir ki, qara bayraqlılar gələcək, ağılları zəif, qəlbləri isə dəmir kimi olacaq və rəhm etməyəcəklər. Onlar “Dövlət”in tərəfdarlarıdırlar. Onlar heç bir müqavilə, əhdnamə və kontrakt anlayan deyillər və əməl etməzlər. İnsanları haqqa tərəf səsləyəcəklər, amma özləri haqq əhli olmazlar. Onların adları künyə və övladlarının adları ilə tanınacaqlar. Özlərini vaxtilə yaşadıqları kəndlərlə tanıtdıracaqlar. Saçları qadınlar kimi uzun olacaq. Onlar öz aralarında ixtilafa düçar olacaq. Daha sonra Allah haqqı istədiyinə verəcək”.
 
Qeyd edək ki, İmam Əlidən (ə) nəql edilən sözügedən hədis Əbu-Nueymin əl-Fitən kitabında gəlmişdir.

Google+ WhatsApp ok.ru