Dietoloqlardan valideynlərə xəbərdarlıq

Dietoloqlardan valideynlərə xəbərdarlıq

Meyvə şirələri uşaqların səhhəti üçün çox ziyanlıdır

Bəzi dadlı görünən qidalar uşaqların sağlamlığına ciddi ziyan vura bilir.
 
Valideynlərin belə, bilmədiyi bu qidaların adını diyetoloqlar açıqlayıblar. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bu məhsullardan biri də şirniyyat məhsullarıdır. Həmin məhsullar qanda insulini artırır və çəki artmasına səbəb olur. Artıq çəki də hormonal sistemi pozur və ürək-qan damar sisteminin pozulmasına, bir sıra xəstəliklərin yaranmasına səbəb olur.
 
Dietoloq Yelena Salomotina uşaqların səhhətinə ziyan olan qidalar haqqında danışan zaman deyib ki, meyvə şirələri uşaqların səhhəti üçün çox ziyanlıdır. Eyni zamanda uşaqlar peçenye, suxari yeməməlidir. Buna səbəb isə bu qidaların tərkibində marqarinin olmasıdır. Tez hazırlanan səhər yeməkləri də uşaqların səhhəti üçün ziyanlıdır. Xüsusilə tez hazırlanan sıyıqları buna misal göstərmək olar. Sıyıqların tərkibində şəkər, xüsusi dad və rəng verən maddələr var.
 
Eyni zamanda, mağazadan alınan kəsmik, yoqurtları da ziyanlı qidalar siyahısına əlavə etmək lazımdır.

Google+ WhatsApp ok.ru