Dişi çürüyünə biganə yanaşmayın

Dişi çürüyünə biganə yanaşmayın

-- Xəstəliklər üçün “dosta” çevrilir

Diş çürüyünə qarşı bir çoxları laqeyd yanaşır və vaxtında müalicə etmir.
 
Maide.az sabah.com-a istinadən xəbər verir ki, diş çürüyü birbaşa olaraq hansısa xəstəliyə səbəb olmasa da, bədənin müqavimətini zəiflədir və zəif nöqtələrin infeksiyaya yoluxma riskini artırır.
 
Bu isə nəticə olaraq yeni xəstəliklərə yol açır.
 
Türkiyə Diş Həkimləri Dərnəyinin rəhbəri Zəfər Kazak bildirib ki, diş çürüyünün meydana gətirdiyi bakteriya gedib böyrəkdə infeksiyalara səbəb ola bilər. Və ya ürəyə yerləşərək miyokard infeksiyasına “yuva” olar. Yəni, 100 faiz birbaşa əlaqəli olmasa da, diş çürüyü dolayısıyla digər xəstəliklərə səbəb ola bilir.
 
Z.Kazak ağız və diş qulluğunun vacib olduğunu qeyd edərək sözlərinə əlavə edib ki, əhalinin əksər hissəsi buna riayət etmədiyi üçün diş xəstəlikləri daha çox müşahidə edilir.

Google+ WhatsApp ok.ru