İçdikləri sudan bəlaya düşdülər - 215 nəfər yatalağa tutuldu 02 Oktyabr 2019 10:50 Dünya Sudanda yatalaq kəskin şəkildə yayılıb. Madie.Az Trend-ə istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vəziyyətlə bağlı narahatlığını bildirib. Belə ki, ÜST-in rəsmi nümayəndəsi Tarik Yazareviç Cenevrədə keçirilən mətbuat konfransında qeyd edib ki, sentyabrın 8-dən bu günə qədər 215 nəfər yatalağa yoluxub. 8 nəfərin isə artıq bu xəstəlikdən dünyasını dəyişdiyi bildirilir. Rəsmi nümayəndə Sudana ÜST ekspertlərinin yola düşdüyünü də qeyd edib. Ezam olunmuş təşkilat ekspertləri Sudanda su mənbələrinin monitorinq edilməsini həyata keçirəcək və tibb müəssisələrində xəstəliyin müalicəsinin aparılmasına nəzarət edəcəklər. Teqlər : #İçdikləri,#sudan,#bəlaya,#düşdülər,#215,#nəfər,#yatalağa,#tutuldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İranda ABŞ-a casusluqda ittiham olunan şəxs barədə ölüm hökmü çıxarılıb Nazir: Ərbəin yürüşü üçün təhlükəsizlik tədbirləri tamilə təmin edilib
Koronavirusa yoluxmuş Şeyx Zəkzakinin həyat yoldaşının xəstəxanaya yerləşdirilməməsi etiraza səbəb oldu