Dilənçiliklə məşğul olan 450 azyaşlı polis tərəfindən saxlanılıb

Ötən il Azərbaycanda dilənçiliklə məşğul olan 450 azyaşlı polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Maide.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.
 
Valideyn nəzarətindən, ictimai təsir vasitələrindən, habelə pedaqoji mühitdən kənarda qalan, eləcə də müxtəlif qanun pozuntularına görə polis orqanlarına, xüsusi qəbul, saxlama və təcridetmə mərkəzlərinə 3000, o cümlədən avaralıq və dilənçiliklə məşğul olan 450 azyaşlı gətirilib, hər biri barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. 
 
Müəyyən edilən azyaşlıların 320 nəfəri polisdə profilaktik qeydiyyata götürülüb. 
 
Həmçinin uşaqlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələrini yerinə yetirməyən, onları avaralıq və dilənçiliyə cəlb edən 200 valideyn barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək, məhkəmələrə və yerli icra hakimiyyəti yanında komissiyaalra göndərilib./
 

Google+ WhatsApp ok.ru