Dilin aşkar etdiyi 10 sifət

Dilin aşkar etdiyi 10 sifət

Ğəzzali “Əhyayi ulumiddin” kitabında yazır: “Dil – elə bir üzvdür ki, çəkisi azdır, ancaq ibadət və günahı çox böyükdür”. Dil yersiz bir töhmət vurmaqla insanın 50-illik abrını da aradan apara bilir, zikr deməklə Allahın məhbubu da ola bilir.

Bu dil bəzən şeytana qulluq edir, bəzən də Allaha. Ona görə də din alimləri dil haqqında buyurur: “Dil – insanı yoldan çıxartmaq üçün şeytanın ən böyük vasitəsidir”. 
 
Mömin və təqvalı insan dilini pisliklərdən qoruyar və çalışar ki, bu kiçik üzvü ancaq Allaha qulluq etsin. “Munhacul-abidin” kitabında oxuyuruq: “Ey o qardaşım ki, dilini saxlayırsan, sənə eşq olsun! O, ən üsyankar üzvdür ki, tüğyanı, fəsadı, düşmənçiliyi çoxdur”.
Əmirəl-möminin (ə) dil haqqında buyurur: “İnsanda 10 sifət vardır ki, dil onu aşkar edər:
 
1. Şahiddir ki, daxildən xəbər verər.
 
2. Hakimdir ki, davalarda qərar verər.
 
3. Natiqdir ki, onun vasitəsilə cavab verilər.
 
4. Vasitədir ki, onunla müşküllər həll olar.
 
5. Təsvir edəndir ki, onunla əşyalar tanınar.
 
6. Rəhbərdir ki, yaxşılıqlara əmr verər.
 
7. Nəsihətverəndir ki, pisliklərdən saxlayar.
 
8. Təskinlik verəndir ki, qəmləri təsəlli edər.
 
9. Hazır olandır ki, onun vasitəsilə kinlər aradan qalxar.
 
10. Valehedəndir ki, onun vasitəsilə qulaqlar ləzzət alar”.
 
Həzrət Peyğəmbər (s) buyurur: “Heç bir bəndənin imanı düzgün olmaz, o zamana qədər ki, qəlbi düzgün olar. Qəlbi düzgün olmaz, o zamana qədər ki, dili düzgün olar”.
Ona görə də gün ərzində işlətdiyimiz sözlərə diqqət edək və dilimizin nəzarətini əlimizə alaq ki, həm dünyada və həm də axirətdə xar olanlardan olmayaq.(deyerler)

Google+ WhatsApp ok.ru