İŞİD indi də Arakan müsəlmanlarını terror qruplaşmasına cəlb etməyə başlayıb

İŞİD terror qruplaşması Myanmada buddistlərin zülmündən qaçaraq canını qurtaran Arakan müsəlmanlarını (Rohingyalar) öz tərəfinə cəlb etməyə başlayıb.
 
Maide.az “ABNA”ya istinadən xəbər verir ki, bu barədə Sinqapurda yerləşən “S: Rajaratnam School of International Studies” mərkəzinin mütəxəssisi Jasminder Singh “The Straits Times”a açıqlamasında bildirib.
 
Onun sözlərinə görə, İŞİD terrorçu qruplaşması Şərqi Asiyada təsirini artırmaq üçün müəyyən cəhdlər etməyə başlayıb. Onlar daha çox evsiz insanları hədəfə alaraq müəyyən vədlər verir və Suriya və İraqda döyüşmələri üçün razılıqlarını əldə etməyə çalışırlar.
 
Məlumata görə, hazırda İŞİD-in tərkibində 700 indoneziyalı və 200 malayziyalı terrorçu vuruşur. İŞİD-in növbəti hədəfi qaldığı yerlərdən məcburi şəkildə qovulan və İndoneziyada meşəliklərə sığınan müsəlmanları öz tərəfinə çəkməkdir/

Google+ WhatsApp ok.ru