Dini fəal BMCMİ-də saxlanılır

Dini fəal BMCMİ-də saxlanılır

-- O, fevralın 26-də saat 12:00-da Bakıya gəlib və ...

Fevralın 26-dan yoxa çıxan "Müsəlman Birliyi" Hərəkatının fəalı Rəvan İsmayılov tapılıb.
 
Maide.Az Turan-a istinadən xəbər verir ki,bu gün evə zəng edərək DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) olduğunu bildirib.
 
R. İsmayılovun hüquqlarının müdafiəsi üçün vəkilə müraciət ediləcək. DİN-dən şərh almaq mümkün olmayıb. R.İsmayılov son vaxtlar Rusiyada yaşayıb.
 
O, fevralın 26-də saat 12:00-da Bakıya gəlib və ancaq sonra ondan xəbər çıxmayıb.
 
Bundan öncə, 2017-ci il oktyabrın 4-də R.İsmaylıov polisə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs edilmişdi.

Google+ WhatsApp ok.ru