Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qubada vətəndaşları qəbul edib

Sentyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı  Qubada vətəndaşları qəbul edib. Qəbulda Quba ilə yanaşı, şimal regionunun digər rayonlarından olan sakinlər də qatılıblar. 
 
Komitədən Maide.az-a verilən məlumata görə, DQİDK-nın sədri görüşə gəlmiş vətəndaşları narahat edən məsələləri dinləyib, təkliflər barəsində birgə fikir mübadiləsi aparılıb.
 
Görüşdə dindarlar komitə sədri ilə əsasən ibadətgahların, dini icmaların və məscidlərin qeydiyyatı məsələsi barədə söhbət aparıblar.
 
Görüşdə vətəndaşlardan bir sıra şikayətlərin daxil olduğunu bildirən DQİDK-nın sədri Mübariz Qurbanlı bu məsələlərin tezliklə həll ediləcəyini bildirib.
 
O, həmçinin şimal regionunda yaşayan din xadimlərinin, həmçinin dini icmaların təşkilatçılığını yüksək qiymətləndirib. 
 
Sonda vətəndaşlar tərəfindən edilən müraciətlərin həlli istiqamətində tapşırıq və tövsiyələr verilib.

Google+ WhatsApp ok.ru