Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində kadr dəyişikliyinə açıqlama gəldi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində kadr dəyişikliyi olub.

Trend-in əldə etdiyi məlumata görə, qurumun mətbuat xidmətinin rəhbəri Orxan Əli vəzifəsindən kənarlaşdırılıb. Bu vəzifəyə hələki təyinat olmayıb.

Qeyd edək ki, Orxan Əli 2012-ci ilin iyun ayından bu vəzifədə çalışırdı.

Bundan öncə qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsini Saleh Aslanov yerinə yetirirdi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin keçmiş rəhbəri işdən azad olunması ilə bağlı xəbərlərlə aydınlıq gətirib.

O.Əli facebook səhifəsində işdən öz ərizəsi ilə çıxdığını bildirib.

“Mənim Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsindən azad olunmağımla bağlı mətbuatda məlumat yayılıb. Lakin xəbərdə bir sıra yanlışlıqlar var ki, buna aydınlıq gətirmək istəyirəm.

O.Əli qeyd edib ki, Dövlət Komitəsində mətbuat katibi üçün ştat olmayıb və o, indiyədək Şimal bölgəsi üzrə aparıcı məsləhətçi vəzifəsində çalışıb:

“Bir neçə gün öncə Komitə rəhbərliyi tərəfindən mənim fəaliyyətimi Qubada (Şimal bölgəsi) davam etdirməyim təklif olundu. Mövcud şəraitim buna imkan vermədiyi üçün öz ərizəmlə işdən azad olundum".

Google+ WhatsApp ok.ru