`Dinlərin ortaq mirası alova atılmamalıdır`

`Dinlərin ortaq mirası alova atılmamalıdır`

-- Gürcüstan Müsəlmanları İdarəsi Trampın Qüds qərarına qarşı bəyaant yayıb

"Üç səmavi din üçün müqəddəs şəhər olan Qüds Fələstinin tarixi paytaxtı, hüquqi statusu da BMT tərəfindən müəyyənləşmiş toxunulmaz, sabit bir məkandır." 
 
Maide.Az xəbər verir ki, bu sözləri Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov yayımladığı bəyanatda bildirib. 
 
Bəyanatında bildirilir: ""Üç səmavi din üçün müqəddəs şəhər olan Qüds Fələstinin tarixi paytaxtı, hüquqi statusu da BMT tərəfindən müəyyənləşmiş toxunulmaz, sabit bir məkandır. Son zamanlar müsəlmanların ilk qibləgahı olan  Qüdsün İsrailin paytaxtı kimi tanınması fikiri bölgədəki həssas durumu alovlandırmağa,  dünya xalqları və dinlər arasındakı münasibətləri böyük təhlükəyə atır. Bu təxribat xarakterli düşünülməmiş fikir dünyada sülhü sarsıtmağa və günahsız insan qırğınlarına yönəlmiş addımdır. Buna görə də ABŞ-ın öz səfirliyini bura köçürmək istəyi olduqca təhlükəli və yolverilməzdir. Ümid edirik ölkəmiz və dünya ölkələri bu haqsızlığa qınamaqla ədalətli münasibət bildirərək həmin məkanı atəşə yuvarlanmadan qurtaracaqlar."
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov
 

Google+ WhatsApp ok.ru