Diqqətsizlik bank hesabını boşalda bilər - Parolunuzu dəyişin!

Dünyada ən tanınan elektron ticarət saytlarından biri istifadəçilərinə i-meyl göndərərək dərhal şifrələrini dəyişmələrini istəyib. Səbəb saytın təhlükəsizlik sisteminə hücum nəticəsində şəxsi məlumatların oğurlanmasıdır. Mütəxəssislər elektron ticarətlə məşğul olanlara bəzi məqamlara diqqət etməyi tövsiyyə edirlər.
 
Onlayn alış-veriş edilən ən məşhur saytlardan biri "Amazon" müştərilərinə email göndərərək dərhal şifrələrini dəyişmələrini məsləhət görüb. Səbəb sayta haker hücumları və istifadəçilərin məlumatlarının oğurlanmasıdır. Bundan əvvəl isə eyni hal tanınmış onlayn ödəniş sistemi paypal və yahoo portalında olmuşdu.
 
Mərkəzi ABŞ-da yerləşən en qabaqcıl elektron ticarət portalında baş verən hadisə onlayn alış-verişin təhlükəsizliyini gündəmə gətirir. Hansı saytın necə qorunduğunu isə kompüter arxasında əyləşən hər kəs çox sadə bir üsulla müəyyən edə bilər...
 
Ekranda göstərilən TLS 1.2 təhlükəsizlik səviyyəsi dünyada tətbiq olunan ən son təhlükəsizlik sistemidir. Onlayn alış-veriş zamanı bu sistemə sahib olan saytların təhlükəsizliyinə etibar etmək olar. Ekspertlərin plastik kart sahiblərinin məlumatlarını qorumaları üçün başqa məsləhətləri də var.
 
Mütəxəssislər hər ehtimala qarşı kart sahiblərinə balanslarını daim nəzarətdə saxlamağı tövsiyyə edirlər. Çünki, balansdan pulların çıxarılması barədə aidiyyatı qurumlara məlumat verilməsə belə halların aşkarlanması da çətinləşəcək.

Google+ WhatsApp ok.ru