Diqqət! “Twitter”də şəxsi mesajlarınız oxuna bilər

Diqqət! “Twitter”də şəxsi mesajlarınız oxuna bilər

-- Yazışmaların silinməsi kömək etmir, belə ki, o artıq servislərdə saxlanılıb

“Project Veritas” təşkilatı sosial şəbəkə istifadəçilərinin şəxsi mesajlarına baxılması üçün “Twitter”in əməkdaşlarına pul ödədiyini bildirib.
 
Bu haqda “Twitter”in təhlükəsizlik əməkdaşı Kley Heynsin gizli kamera ilə çəkilmiş söhbətində deyilir. Onun sözlərinə görə bütün istifadəçilərin şəxsi yazışmalarına baxmaq üçün xüsusi kodlar var. Şirkətin bir neçə əməkdaşı bunun üçün pul alır. Yazışmaların silinməsi kömək etmir, belə ki, o artıq servislərdə saxlanılıb.
 
Belə izlənmənin məqsədi gələcək reklam sifarişçiləri üçün istifadəçi profilinin yaradılmasıdır.
 
Qeyd edək ki, “Project Veritas” daha əvvəl “Twitter” əməkdaşlarının uyğun gəlməyən istifadəçilərə xüsusi senzura tətbiq etdiyini yazmışdı. “Twitter” üçün uyğun olmayan şirkətin paylaşdığı məzmun müəllifdən başqa hamı üçün görünməz olur.(deyerler.org)
 

Google+ WhatsApp ok.ru