Diqqət: Toyota yanma təhlükəsi olan avtomobillərini geri çağırır

Diqqət: Toyota yanma təhlükəsi olan avtomobillərini geri çağırır

Toyota şirkəti 1 milyon avtomobilini geri çağırır.
 
Maide.Az "Sputnik"ə istinadən xəbər verir ki, Toyota Yaponiya, Şimali Amerika, Avropa və dünyanın digər regionlarında olan ümumi 1.03 milyon Prius və C-HR modellərini geri çağırır.
 
Yaponiya Nəqliyyat Nazirliyindən verilən məlumata görə, C-HR və Prius modellərinin hibris mühərrikli versiyaları yanğın təhlükəsizliyini təmin etmək məqsədilə geri çağırılır. Hibrid güc idarəetmə modulundakı kabelin zəif olması yanma riskini artırır.
 
Qeyd olunub ki, bu vəziyyət 2015-ci ilin iyunundan — 2018-ci ilin may ayına qədər Yaponiyada istehsal olan avtomobillərdə müşahidə edilir.
 
Toyota-nın nümayəndəsi 1.03 milyon avtomobilin yarısının Yaponiyada istifadə edildiyini də qeyd edib. O, bildirib ki, Amerikadan 192 min Prius avtomobili geri çağırılıb.
 
Bu səbəbdən avtomobilləri geri çağırma Toyota-nın tarixində ikinci dəfədir baş verir. 2009-cu ildə isə şirkət hava yastığı problemi ilə bağlı 2.87 milyon avtomobili geri çağırmışdı.

Google+ WhatsApp ok.ru