Diqqət! Bizi 24 saat kamera çəkir

Diqqət! Bizi 24 saat kamera çəkir

Bizim həyatımızın hər anı və hər zamanını onlayn dörd kamera çəkir ki, bir gün – qiyamətdə bütün həyatımız nümayiş olunacaqdır:

1. Birincisi Allahdır. Allah-Taala Ələq surəsinin 14-cü ayəsində buyurur:

أَلَمْ يَعْلَمْ بِأَنَّ اللَّهَ يَرَى

Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!

2 .İkincisi Allahın müqərrəb (yaxın) mələkləridir. Allah-Taala “Qaf” surəsinin 18-ci ayəsində buyurur:

مَا يَلْفِظُ مِن قَوْلٍ إِلَّا لَدَيْهِ رَقِيبٌ عَتِيدٌ

Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!

3. Üçüncüsü yerdir. Allah-Taala “Zilzal” surəsinin 4-cü ayəsində buyurur:

يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا

Məhz o gün (yer) öz xəbərlərini söyləyəcəkdir.

4. Dördüncüsü bədən üzvlərimizdir. Allah-Taala “Yasin” surəsinin 65-ci ayəsində buyurur:

الْيَوْمَ نَخْتِمُ عَلَى أَفْوَاهِهِمْ وَتُكَلِّمُنَا أَيْدِيهِمْ وَتَشْهَدُ أَرْجُلُهُمْ بِمَا كَانُوا يَكْسِبُونَ

Bu gün onların ağızlarını möhürləyərik. Etdikləri əməllər barəsində onların əlləri Bizimlə danışar, ayaqları şəhadət verər.

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru