İŞİD islam alimlərinin türbəsini uçurdu (FOTO)

Dağıntı zamanı çəkilən fotoşəkillər yayılıb

İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması vandal hərəkətlərinə daha bir neçəsini əlavə edib.
 
İŞİD silahlıları İraqdakı tarixi, mədəni abidələri məhv etməyə davam edir. Ötən gün isə sufiliyin mahir bilicisi Əhməd ibn Əli ər-Rifainin İraqın Mosul şəhərində yerləşən türbəsini və məzarını buldozer qarşısına verərək yerlə-yeksan ediblər. Onlar həmçinin, gün ərzində başqa bir islam alimi Şeyx ibrahimin türbəsini də uçurublar. 
 
Bu barədə İŞİD üzvlərindən biri sosial şəbəkədə dağıntı zamanı çəkilən şəkilləri paylaşaraq məlumat verib.
 
Qeyd edək ki, Əhməd ibn Əli ər-Rifai sufi islam təriqəti olan Rifailiyin qurucusu olub. XV əsrə qədər ən populyar təriqət olan Rifai İraqdan Misirə və Suriyaya yayılıb.
 
 
 
 

Google+ WhatsApp ok.ru