Distant təhsilin sonu necə görünür?

Distant təhsilin sonu necə görünür?

"Yenisabah.az" saytı "Distant dərslər təhsil prosesinin tənəzzülü ilə nəticələnə bilər" sərlövhəli məqalədə distant dərslərin mahiyyəti barədə Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilovla söhbətləşir.  
 
Onun fikrincə, orta məktəblərdə distant dərslər təhsil prosesinin tənəzzülü ilə nəticələnə bilər.
 
N.İsrafilov hesab edir ki, məktəbdən uzun müddət uzaq düşmək şagirdlərin məktəb mühitindəki vərdişlərinin itirilməsinə səbəb ola bilər və ənənəvi metoda uyğun dərslər davam etdiriləndə uyğunlaşma ilə bağlı problemlər yaradar.
 
Ekspertə dərs formatı kimi ən pis halda onlayn və ənənəvi dərslərin qarışıq sistemini uyğun sayır, bunu ən real proqnoz hesab edir: "Ancaq son nəticə ölkədəki epidemioloji vəziyyətdən asılı olacaq".
 
N.İsrafilov hesab edir ki, hətta epidemioloji vəziyyət məktəblərdə ənənəvi tədrisin bərpa olunmasına imkan versə belə, "Virtual məktəb" layihəsi və televiziyada yayımlanan teledərslər də davam etdirilməlidir.
 
Ona görə bütün bu məsafəli modellər təhsilin gələcəkdə yeni çağırışlara hazır ola bilməsi üçün lazımdır.
 

Google+ WhatsApp ok.ru