Dizel yanacağı bahalaşa bilər?

Dizel yanacağı bahalaşa bilər?

"Yeni Müsavat" qəzetində isə "Dizel yanacağı da bahalaşa bilər, amma…" sərlövhəli məqalə diqqət çəkir.
 
Yazıda ekspert Rəşad Həsənovla dizel yanacağının qiymətinin qalxa bilməsi ehtimalları müzakirə edilir.
 
Müəllif xatırladır ki, iyulun 15-də Tarif Şurası Aİ-92 markalı benzinin qiymətini 70 qəpikdən 90 qəpiyə qaldırıb. Bundan irəli gələrək dizellə işləyən avtomobillərə maraq artıb. Elə buna görə də, son günlər avtomobil bazarında dizellə işləyən avtomobillər 15-20 faiz bahalaşıb.
 
Yazıda bildirilir ki, yük maşınlarının əksəriyyəti dizellə işləyir. Dizelin bahalaşması bütün sahələrdə qiymət artımının vüsət almasına, kənd təsərrüfatının iflic hala düşməsinə gətirib çıxara bilər:
"Əvvəlki dövrlərdə adətən dizellə Aİ-92 markalı benzinin qiyməti paralel bahalanırdı. Bu dəfə hökumət məhz Aİ-92 markalı benzinin qiymətini qaldırdı, dizelin qiyməti hələ bahalanmayıb. Bunun səbəbi sürətli inflyasiyanı müəyyən bir qədər önləmək, həm də bəzi sahələrə inzibati formada təzyiq üçün arqument saxlamaq idi", - R.Həsənov durumu qəzetə belə şərh edib.
 
Amma R.Həsənov bu fərqin uzunmüddətli davam edəcəyinə nikbin baxmır:
"Avtoparkın strukturunun dəyişməsi gələcəkdə daha çox dizellə işləyən texnikanın və nəqliyyat avadanlıqlarının ölkəyə gətirilməsinə rəvac verəcək. Belə olduqda isə müxtəlif qrupların bu yöndə öz maraqlarını qoruma cəhdləri ortaya çıxacaq. Bundan irəli gələrək düşünürəm ki, bir neçə aydan sonra dizelin qiymətinin artması ilə bağlı Tarif Şurasının qərarını eşidəcəyik". /

Google+ WhatsApp ok.ru